Dünya bazarlarında eniş başlayıb
Tarix: 30-06-2015, 10:30 | Çap et
Dünya bazarlarında eniş başlayıb
Nyu Yorkdan Tokioya qədər səhm bazarlarında kəskin eniş başlayıb. İyunun 29-da ABŞ və Fransa prezidentləri Barack Obama və Francois Hollande Yunanıstan üçün maliyyə və islahat paketi üzrə danışıqların bərpasına çağırıb.

İyunun 30-da Yunanıstan formal olaraq Beynəlxalq Valyuta Fonduna ödənməmiş borcu üzrə defolta daxil olur. İyunun 30-da ölkənin BVF və Avropa Birliyindən maliyyə yardımının da vaxtı bitir.

ABŞ səhm indekslərində 2 faizlik eniş qeydə alınıb. Səhmlər Avropada da düşüb. Frankfurtda DAX 30 3.56 faiz, Parisdə CAC 40 3.74 itirib.

Daha zəif avrozona üzvlərinə də daha artıq zərbə dəyib. Lissabon və Milanda düşüş 5 faiz, Madriddə 4.56 faizdir.

Yunanıstan liderləri islahatlar üzrə danışıqlardan imtina edib. Ölkənin səhm bazarı və banklar bir həftəliyə bağlanıb. İyulun 5-də keçiriləcək referendumda Avropa liderlərindən son kredit paketini almaq məsələsi səsə qoyulacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net