AŞPA Yerevanda etirazçılara qarşı güc tətbiq edilməsinə görə narahatdır
Tarix: 26-06-2015, 11:35 | Çap et
AŞPA Yerevanda etirazçılara qarşı güc tətbiq edilməsinə görə narahatdır
AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri Aksel Fişer və Alan Mill iyunun 23-də Yerevanda etiraz aksiyasının dağıdılması zamanı polisin etirazçılara qarşı güc tətbiq etməsi və jurnalistlərə qarşı məqsədli hücumlara görə narahat olduqlarını bildiriblər. Trend bu barədə “Armenia Today” qəzetinə istinadən xəbər verir.

Həmməruzəçilərin bəyanatında deyilir ki, bununla əlaqədar qərəzsiz və şəffaf araşdırılma aparılmalıdır.

A.Fişer və A.Mill iyunun 23-dəki zorakılıq hallarının təkrarlanmaması, dinc etiraz aksiyasının keçirilməsinə maneəsiz şəraitin yaradılması üçün polisi və nümayişçiləri maksimum təmkinli davranmağa çağırıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net