ABŞ və Rusiya İrəvandakı nümayişlərdən narahatdır
Tarix: 24-06-2015, 10:59 | Çap et
ABŞ və Rusiya İrəvandakı nümayişlərdən narahatdır
Amerika Birləşmiş Ştatları və Rusiya Ermənistanda baş verən nümayişlərə münasibət bildirib.

AzVision.az xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir ki, rəsmi Vaşinqton Ermənistanı söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa çağırıb.

Bəyanatda deyilir ki, ötən gün ölkədə etiraz aksiyasının dağıdılması zamanı polisin güc tətbiq etməsi, həmçinin polis şöbələrindən zorakılıqla bağlı yayılan məlumatlar Amerikanı çox narahat edir: `Ermənistan hökuməti polis tərəfindən qeyri-adekvat güc tətbiq edilməsi ilə bağlı tam və şəffaf araşdırma aparmalıdır`.

Rusiya prezidentinin mətbuat katibi Dmitiri Peskov isə bildirib ki, rəsmi Moskva İrəvanda baş verənləri çox diqqətlə izləyir: `Ümid edirik ki, orada vəziyyət qanunun sərtliyinə uyğun olaraq çox yaxın zamanda tənzimlənəcək`.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net