AKP 90 min əlavə səs alsaymış...
Tarix: 16-06-2015, 10:38 | Çap et
AKP 90 min əlavə səs alsaymış...
Türkiyədə keçirilən son parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 41% səs toplayaraq 1-ci partiya olsa da tək başına hökuməti quracaq çoxluğu əldə edə bilməyib. ANS PRESS-in məlumatına görə, seçkidə AKP-nin uduzmasının səbəbləri araşdırılıb və meydana çıxan rəqəmlər hakim partiyanın üzvlərini şoka salacaq. Belə məlum olub ki, AKP sadəcə 90 min 340 ədəd əlavə səslə hökumət quracaq qədər millət vəkili qazana bilərdi. Əslində Türkiyədə 54 milyon seçici olduğunu düşünəndə bu elə də böyük rəqəm sayılmaz.

Araşdırmanın nəticələri isə belədir:

AKP Ankara 2-ci bölgədə 10 min 207 səslə CHP-yə, Aydında 1 859 səslə CHP-yə, Balıkesirdə 2 128 səslə MHP-yə, Burdurda 2 521 səslə MHP-yə, Denizlidə 10 937 səslə CHP-yə, Diyarbəkirdə 8 044 səslə HDP-yə, Ərzincanda 815 səslə CHP-yə, Gümüşhanedə 1 916 səslə MHP-yə, İstanbul 1-ci bölgədə 5 363 səslə CHP-yə, İstanbul 2-ci bölgədə 3 203 səslə CHP-yə, İstanbul 3-cü bölgədə 8 092 səslə HDP-yə, Kayseridə 3 258 səslə MHP-yə, Kahramanmaraşda 6 584 səslə MHP-yə, Kastamonuda 5 883 səslə MHP-yə, Orduda 3 484 səslə CHP-yə, Sivasda 1 995 səslə CHP-yə, Vanda 5 249 səslə HDP-yə uduzub və nəticədə hər dairədə 1 millət vəkili itirib.

Bu şəhərlərdə ümumi 90 340 səs daha alınsaydı AKP 276, CHP 124, HDP 76, MHP 74 millət vekili çıxaracaqdı. Bu isə tək başına hökumət qurmaq üçün AKP-yə kifayət edəcəkdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net