Putin dostu ilə qucaqlaşması gündəm oldu - Foto
Tarix: 11-06-2015, 10:51 | Çap et
Putin dostu ilə qucaqlaşması gündəm oldu - Foto
Rusiya Prezidenti Vladimir Putin İtaliya səfəri çərçivəsində yaxın dostu, ölkənin keçmiş baş naziri Silvio Berluskoni ilə görüşməsi və iki dostun qucaqlaşması dünya mediasının diqqətini çəkib.

Axar.az xəbər verir ki, Berluskoni Putini Romadakı Fyumicino hava limanında qarşılayıb. Liderlərin möhkəm qucaqlaşması Qərb mətbuatının gündəmini zəbt edib.

Putin Moskvaya dönmək məcburiyyətində olduğu üçün görüş tez başa çatıb. Berluskoni görüşdən sonra mediaya açıqlama verib:

“Putinlə hər zaman əlaqə saxlayırıq. Tezliklə mən də Rusiyaya getmək istəyirəm. Biz Avropa Birliyinin (AB) Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalara səssiz qalmayacağıq. Hökumətin Rusiya əleyhinə sanksiyaları dayandırmasını tələb edən qanun layihəsi hazırlayırıq. Bu sanksiyalar ölkəmizin ciddi şəkildə maliyyə itirməsinə səbəb olur. Rusiya ilə əlaqələr qlobal əməkdaşlıq baxımından çox önəmlidir və G7 yenidən G8-ə çevrilməlidir”.

Putin dostu ilə qucaqlaşması gündəm oldu - Foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net