PKK silahı birdəfəlik yerə qoyur – Barışıq
Tarix: 10-06-2015, 04:59 | Çap et
PKK silahı birdəfəlik yerə qoyur – Barışıq
“İmralı təcridxanasında saxlanılan Öcalan hazırkı proseslərin gedişatında kürdlərlə bağlı məsələdə bir növ zəmanətçi rolunu oynayır”.
Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşavirinin sözlərinə görə, PKK silahı bundan sonra da yerə qoymasa, o zaman bunun bədəlini ödəyəcək:
“Bundan öncəki danışıqlarda qərara alınmışdı ki, əgər kürd prosesində irəliləyiş əldə edilsə, yəni kürdlər səsli mübarizə üçün parlamentdə meydan qazansa, o zaman PKK silahı yerə qoyacaq və istəyənin Türkiyəyə, istəməyənin isə Avropaya keçməsinə şərait yaradılacaq. Yəni Qəndil dağlarındakı PKK təşkilatı silahlılardan tamamilə təmizlənəcək. Türklərin tələbələrinin demək olar ki, böyük bir hissəsi yerinə yetirilib. Ancaq bu dəfə kürdlər ömürlərində görmədikləri bir şeyi - parlamentdə söz haqqı qazanıblar. Əgər bu şəraitdə də PKK silahlı mübarizəni davam etdirə, Türkiyənin Cənub Şərqində silahlı hərəkatlara meyllənə və əraziləri terror qorxusu altında saxlamağa çalışarsa, sözsüz ki, hökumət nəinki HDP-yə, həm də PKK-ya qarşı silahlı mübarizəyə yenidən təkan verə bilər. Ancaq kürdlər bu seçkilərdən sonra xeyli sakitləşəcəklər. Böyük ehtimalla, PKK silahı yerə qoyacaq. Bir sözlə, növbə kürdlərindir, edilən siyasi güzəştlərin və yaradılan demokratik mühit fonunda özlərini sübut etməlidirlər”.

Politoloq yaranmış şans fonunda kürdlərin muxtariyyət məsələsinin yenidən gündəmə gəlməsinə də aydınlıq gətirib:
“Bu, çox böyük qlobal məsələdir. Prosesin arxasında Amerika dayanır. Amerika kürdlərə Kürdüstan dövləti sözü verib. Bildiyiniz kimi, kürdlər hazırda İran, İraq, Suriya, Türkiyənin cənub-şərqinə kimi səpələniblər. Kürd birliyi və sözügedən ərazilərdən ibarət bir dövlətin yaradılması asan məsələ deyil. Bu, ən azından güclü dövlətlərin maraqlarına toxunur. Əgər Amerika qaşınmayan yerdən qan çıxarmaq istəsə və bu işə girişsə, onda İran, İraq, Suriya, Türkiyə və Ərəb ölkələrini qarşısına almalı olacaq. Ona görə də sözügedən məsələ heç arzulanan deyil”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net