Kiyevdə dəhşətli yanğın getdikcə böyüyür
Tarix: 9-06-2015, 10:01 | Çap et
Kiyevdə dəhşətli yanğın getdikcə böyüyür
Kiyevin Vasilkov rayonununda yerləşən neft bazasında başlayan yanğını hələ də söndürmək mümkün olmayıb.

ANS PRESS-in Unian-a istinadəjn verdiyi məlumata görə, artıq bazada 16 neftlə dolu çən yanır. Hazırda bir çəndəki yanğını nəzarəət altına almaq mümkün olub. Yanğını söndürmək üçün hadisə yerinə Ukrayna Milli Qvardiyasının 400 hərbçisi cəlb olunub. Yanğının köpüklü su ilə söndürülməsi istiqamətində işlər görülər. Eyni zamanda alovun yaxınlıqda yerləşən nəhəng yanacaq ehtiyatına keçməməsi üçün ətraf ərazilər xüsusi qurğularla soyudulur.

Qeyd edək ki, neft bazasında Ukrayna vaxtı ilə səhərt saat 8 radələrində 50-yə yaxın partlayış baş verib. Bundan sonra isə möhkəm yanğın başlayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə ağır xəsarət alıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net