Obama: İranın nüvə proqramının hərbi həlli yoxdur
Tarix: 2-06-2015, 10:17 | Çap et
Obama: İranın nüvə proqramının hərbi həlli yoxdur
ABŞ prezidenti Barack Obama deyir ki, İranın nüvə silahlı hazırlamasını əngəlləməyin yolu razılaşdırılmış sazişdən keçir, hərbi yoldan deyil. O, iyunun 1-də İsrail televiziyasına müsahibə verib.

“Məncə, mən, ümidlər deyil, faktlar, dəlillər və təhlillər əsasında nümayiş etdirə bilərəm ki, İranın nüvə silahı əldə etməsinə mane olmağın ən yaxşı yolu yoxlanmaya tabe razılaşmanın əldə olunmasıdır,” Obama deyib. “Hətta Birləşmiş Ştatların iştirakıyla belə, hərbi yol bunu yoluna qoymayacaq. Bu yolla İranın nüvə proqramı müvəqqəti yavaşıyacaq, ancaq ləğv olunmayacaq”.

Obama, İsrailin Tehranla hər hansı sazişi dəstəkləməyəcəyi halda İranın nüvə obyektlərinə hücum edə biləcəyi barədə “spekulyasiya”dan yayınıb. Bu variantı israillilərin çoxu dəstəkləyir. “İsrail xalqına deyə biləcəyim odur ki, sizin narahatlıqları və qorxuları anlayıram,” prezident bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net