BMT Suriyadakı Rusiya səfirliyinə “terror” hücumunu pisləyir
Tarix: 20-05-2015, 09:41 | Çap et
BMT Suriyadakı Rusiya səfirliyinə “terror” hücumunu pisləyir
Mayın 19-da BMT-nin Təhlükəsizlik Şurası Suriya paytaxtında Rusiya səfirliyinə “terror hücumu”nu pisləyib.

Rəsmi məlumata görə, səfirlik binasına atəş açılıb, bir diplomatın ofisi, eləcə də binaya “ciddi maddi ziyan” dəyib, ancaq nahar fasiləsi olduğundan xəsarət alan olmayıb.

Hücum qanunsuz silahlı qrupların nəzarətində olan Jobar ərazisindən edilib. Ancaq hələlik hücuma görə məsuliyyət daşıyan qrup müəyyənləşməyib.

Dəməşqdəki Rusiya səfirliyi əvvəllər də hücuma məruz qalıb. Rusiya Suriya hökumətinin güclü müttəfiqidir.

ABŞ Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyi də ayrı-ayrı bəyanatlarda hücumu pisləyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net