ABŞ hərbi gəmisi Qara dənizə daxil olub
Tarix: 23-01-2021, 22:57 | Çap et
ABŞ hərbi gəmisi Qara dənizə daxil olub

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus mina və raket daşıyan 4-cü nəsil silahlanmaya məxsus “Donald Kuk” (Donald Cook DDG-75) hərbi gəmisi Qara dənizə daxil olub.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, Rusiya Qara dəniz Donanması ABŞ gəmisinin hərəkətlərini izləyir.

Xatırladaq ki, Donald Kuk (DDG-75) hərbi gəmisinin əsas silahı 2500 kilometr uçuş qabiliyyətli, nüvə başlığı daşıya bilən qanadlı raketlərdir. Döyüş qabiliyyətindən və vəziyyətdən asılı olaraq gəmiyə 56 və ya 96 belə raket yerləşdirmək mümkündür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net