Böyük Səhraya qar yağıb
Tarix: 18-01-2021, 12:26 | Çap et
Böyük Səhraya qar yağıb

Əlcəzairdə Böyük Səhranın kənarında yerləşən Ayn Sefra qəsəbəsinə qar yağıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, səhranın bir hissəsi ağ rəngə bürünüb.

Yerli fotoqraf Kərim Buşetata qeyri-adi mənzərəni çəkmək fürsətini qaçırmayıb.

Ümumiyyətlə, Əlcəzairdə havanın temperaturu yanvarın 10-dan sürətlə aşağı düşməyə başlayıb və yanvarın 13-də hətta mənfi tempratur qeydə alınıb. İnternetdə digər istifadəçilər də qarla örtülmüş qum təpələrinin fotolarını paylaşırlar.

Böyük Səhranın qapıları adlandırılan Ayn Sefra qəsəbəsi Atlas dağlarının yanında yerləşir, buna görə burada soyuq hava qeyri-adi hal deyil, lakin bu ərazidə qar tez-tez görünmür. Daha əvvəl 2018-ci ilin yanvarında bura qar yağmışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net