Ermənistan Ukraynanın ən bədxah ölkələri siyahısındadır
Tarix: 11-01-2021, 15:22 | Çap et
Ermənistan Ukraynanın ən bədxah ölkələri siyahısındadır

Ermənistan Ukraynanın bədxah ölkələri siyahısında dördüncü yerdədir.

“Report” “Evropeyska Pravda”ya istinadən xəbər verir ki, “Ukrainska Prizma” Xarici Siyasət Şurası tərəfindən 100-dən artıq ekspert və jurnalistin iştirakı ilə keçirilən rəy sorğusunun nəticələrinə görə, Ukraynanın ən bədxah ölkələri Rusiya, Macarıstan, Belarus, Ermənistan, Serbiyadır.

Bu nəticəni Ukraynanın “Doktrina” siyasi araşdırmalar mərkəzinin rəhbəri Yaroslav Bojko şərh edib:

“Əvvəla, Ermənistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləmir. Belə ki, 2020-ci ilin mart ayında onlar işğal olunmuş Krıma təyyarə uçuşları açmağa hazırlaşırdılar. Bu da Krıma ilk müntəzəm beynəlxalq təyyarə uçuşu olacaqdı. Pandemiyaya görə bu məsələ yarımçıq qaldı. Həmçinin BMT-də Ukrayna üçün həssas olan qətnamələrə dair səsvermə zamanı Ermənistan mütəmadi olaraq əleyhinə səs verərək Krımın ilhaqına, Donbas regionunun bir hissəsinin işğal olunmasına dəstək verir. Bütün bunlar iki ölkənin müxtəlif düşərgələrdə olduğuna dəlalət edərək bir-birinə qarşı siyasətlərini gələcəkdə də ehtiyatlı və bədniyyətli olacağını güman etməyə əsas yaradır. Bununla yanaşı, Azərbaycan və Türkiyənin bizim strateji müttəfiqimiz olmaları, onlarla müxtəlif sahələrdə, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq etməyimiz də Ermənistan tərəfindən qıcıqla qarşılanır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net