İmperatorun iqamətgahına gizli girən şəxs 2 saat sonra yaxalandı...
Tarix: 4-01-2021, 02:05 | Çap et
İmperatorun iqamətgahına gizli girən şəxs 2 saat sonra yaxalandı...

Yaponiya imperatoru Naruhitonun yaşadığı iqamətgaha gizli şəkildə girən şəxs 2 saat sonra yaxalanıb. Mühafizəçilər tərəfindən yaxalanan şəxs iqamətgaha imperatorla tanış olmaq üçün girdiyini söyləyib.

Moderator.az xəbər verir ki, imparator Naruhito və ailə üzvlərinin yaşadığı iqamətgaha girən 29 yaşlı şəxs polisə verdiyi ifadədə "İmperator və onun ailə üzvləri ilə tanış olmaq istəmişdim" deyib.

Qeyd edək ki, sözügedən şəxsin sarayda imperator və ya ailə üzvləri ilə qarşılaşıb-qarşılaşmadığına dair hər hansı bir açıqlama verilməyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net