Türkiyə XİN-dən Dağlıq Qarabağla bağlı Belçikaya SƏRT REAKSİYA
Tarix: 19-12-2020, 13:10 | Çap et
Türkiyə XİN-dən Dağlıq Qarabağla bağlı Belçikaya SƏRT REAKSİYA

“Dekabrın 18-də Belçika Nümayəndələr Palatasının Baş Məclisi tərəfindən qəbul edilmiş Dağlıq Qarabağla bağlı qərar nə tarixi, nə hüquqi, nə də meydandakı faktlarla uyğundur. Türkiyə ilə bağlı əsassız iddialar və ittihamların da yer aldığı bu qərarı rədd edirik”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Belçika Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı Azərbaycanı tənqid edən və Ankaranı “regiondakı sabitliyi pozan müdaxiləyə son verməyə” çağıran qanun layihəsinə cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Sənəddə bildirilir ki, qərar belçikalı parlamentarilərin qərəzli davrandığının və daxili siyasətdə dar maraqların girovuna çevrildiyinin bariz nümunəsidir.

Türkiyə XİN sözügedən qərarın Türkiyə-Belçika münasibətlərinə də təsir göstərəcəyini deyərək, bunun regionda sülhün və sabitliyin təmin edilməsi səylərinə xidmət etmədiyini bildirib.

“Bu cür qərarlar Ermənistanın həqiqətləri qəbul etmə müddətini gecikdirərək, məsuliyyətlərini boynuna götürməməyə təşviq edir”, - deyə bəyanatda vurğulanıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net