Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
Tarix: 29-11-2020, 05:10 | Çap et
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib

Türkiyənin xüsusi təyinatlı qüvvələri PKK-nın Suriya qolu YPG-nin dörd terrorçusunu zərərsizləşdiriblər.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, terrorçular Suriyanın şimal-qərbində "Zeytun budağı" əməliyyatının keçirilməsi zonasına atəş açıblar. Onlar cavab zərbəsi ilə məhv edilib.

"Türkiyə Silahlı Qüvvələri regionda sülhün və əmin-amanlığın təminatçısıdır. Regionda əməliyyatlar davam etdiriləcək", - müdafiə idarəsinin xəbərində deyilir.

Qeyd edək ki, PKK terrorçuları Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün qanlı terror aktları təşkil ediblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net