Avstraliya koronavirusa qarşı peyvənd istehsal edib
Tarix: 9-11-2020, 10:36 | Çap et
Avstraliya koronavirusa qarşı peyvənd istehsal edib

Avstraliya Böyük Britaniyanın əczaçılıq şirkəti “AstraZeneca”nın koronavirusa qarşı yaratdığı peyvəndin müstəqil istehsalına başlayıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Avstraliyanın səhiyyə naziri Qreqa Hanta açıqlama verib.

“Peyvəndin istifadəsinə icazə verilən kimi tibb işçiləri və yaşlılara təqdim olunacaq. Biz bütün ölkənin 2021-ci ildə peyvənddən yararlana bilməsi üçün çalışacağıq”, - deyə Q.Hanta qeyd edib.

Bildirilir ki, peyvəndin vurulması könüllü olacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net