Co Bayden: Mən bölücü yox, birləşdirici Prezident olacağıma söz verirəm
Tarix: 8-11-2020, 10:25 | Çap et
Co Bayden: Mən bölücü yox, birləşdirici Prezident olacağıma söz verirəm

Mən bölücü yox, birləşdirici Prezident olacağıma söz verirəm. Biz Birləşmiş Ştatlara "mavilər" (demokratlar) və ya "qırmızılar" (respublikaçılar) kimi yox, vahid Birləşmiş Ştatlar kimi baxırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib.

Respublikaçılar və demokratların əməkdaşlıq etməli olduğunu vurğulayan Bayden 74 milyon seçicinin ona səs verdiyini söyləyib.

Co Bayden ABŞ-ın dünyadakı nüfuzunu geri qaytaracağına söz verərək, amerikalıları birləşdirəcəyini deyib. O, tərəfdarlarını rəqiblərinə düşmənçilik münasibəti bəsləməməyə çağırıb.

Bayden, həmçinin koronavirusla mübarizə tədbirlərindən də danışaraq, “Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik” – deyə vurğulayıb.

Bundan başqa, Bayden ABŞ-da irqçiliyin yox edilməsi üzərində işləməyə də söz verib. O qeyd edib ki, ölkənin yeni vitse-prezidenti olacaq Kamala Harris Birləşmiş Ştatların ilk qaradərili vitse-prezidenti kimi tarixə düşəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net