Məşhur satış şəbəkəsi 94 ildən sonra ilk dəfə zərərlə işləyib
Tarix: 5-11-2020, 12:59 | Çap et
Məşhur satış şəbəkəsi 94 ildən sonra ilk dəfə zərərlə işləyib

Böyük Britaniyanın ən böyük pərakəndə satış şəbəkələrindən olan “Marks & Spencer” (M&S) bu ilin 26 fevral-26 sentyabr tarixlərində 87,6 milyon funt sterlinq zərər edib. Halbuki, şirkət ötən ilin eyni dövründə 158,8 milyon funt-sterlinq mənfəət əldə etmişdi.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, şirkətin tarixində 94 ildən sonra ilk dəfə baş verib.

Hesabat dövründə satış şəbəkəsinin gəlirləri 15,8% azalaraq 4,09 milyard funt sterlinqə düşüb.

“Marks & Spencer” Azərbaycanda da ("Port Baku"da) fəaliyyət göstərir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net