Tramp bir neçə həftə ərzində ABŞ-da koronavirus peyvəndinin kütləvi şəkildə paylanacağına söz verib
Tarix: 2-11-2020, 07:04 | Çap et
Tramp bir neçə həftə ərzində ABŞ-da koronavirus peyvəndinin kütləvi şəkildə paylanacağına söz verib

“ABŞ-da yeni koronavirusa qarşı peyvəndin kütləvi paylanması bir neçə həftədən sonra baş tutacaq”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bazar günü Ayovada tərəfdarları qarşısında çıxış edərkən açıqlayıb.

Görüş ölkənin əsas telekanalları tərəfindən yayımlanıb.

Qeyd edək ki, ABŞ Milli Allergik və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi, əvvəllər peyvəndin 2021-ci ilin birinci rübündə geniş ictimaiyyətə təqdim ediləcəyini açıqlamışdı.

Fauçinin fikrincə, bu, böyük ehtimalla aprel ayına qədər baş verəcək. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild isə koronavirusa qarşı ABŞ peyvəndinin ümumiyyətlə, 2021-ci ilin ikinci yarısında ölkədə mövcud olacağını söyləyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net