BMT-dən Bərdəyə erməni hücumları ilə bağlı AÇIQLAMA
Tarix: 29-10-2020, 12:18 | Çap et
BMT-dən Bərdəyə erməni hücumları ilə bağlı AÇIQLAMA

BMT Baş katibliyi Qarabağ münaqişəsi ilə bağlı açıqlama yayıb.

Baş katibin fransalı sözçüsü Stefan Düjarik Bərdə şəhərinə edilən hücumları pisləyib:

“Baş katibin birmənalı şəkildə dediyi kimi, bir çox insanın öldürüldüyü və yaralandığı Bərdə şəhərinə edilən hücumlar da daxil olmaqla, münaqişənin təsir etdiyi bütün bölgələrə edilən hücumları şiddətlə qınayırıq.

Belə hücumlar üçün heç bir əsas ola bilməz. Baş katibin tərəfləri öhdələrinə götürdükləri humanitar atəşkəsi dərhal yerinə yetirməyə və mülki şəxsləri qorumaq və mülki infrastruktura qənaət öhdəliklərinə tam əməl etməyə çağırdığını bir daha təkrar edirik”.

Qeyd edək ki, dünən Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kasetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net