Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
Tarix: 29-10-2020, 03:50 | Çap et
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp prezident seçkilərindən əvvəlki iki gündə 11 mitinq keçirməyi planlaşdırır.

Bu barədə “NBC News” məlumat yayıb.

Bildirilir ki, D.Tramp vaxtının əksər hissəsini Pensilvaniya, Florida və Şimali Karolinada keçirəcək. Prezidentin köməkçiləri ona seçki kampaniyasının son günlərində sərf edəcəyi enerji qarşılığında 0.5-1 faiz daha çox səs vəd ediblər.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net