Tramp özünü təriflədi
Tarix: 23-09-2020, 13:16 | Çap et
Tramp özünü təriflədi

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirus pandemiyası qurbanlarının sayının 200 000-i keçməsinin dəhşətli hal olduğunu bildirib.

Bu barədə “RİA Novosti” agentliyi xəbər yayıb.

D.Tramp qeyd edib ki, onun rəhbəri olduğu administrasiyanın fəaliyyəti olmasaydı, ölüm halları bundan qat-qat çox ola bilərdi.

“Siz bizim alternativlərimizə baxın - ölüm halları iki milyon yarımdan çox ola bilərdi”, - deyə D.Tramp bildirib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma hallarının (7 097 937 nəfər) aşkar edilməsi və virusdan ölənlərin sayına (205 471 nəfər) görə, dünyada birinci yerdədir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net