Bayden: “Nitqimi bitirənə qədər 200 milyon insan koronavirusdan vəfat edəcək”
Tarix: 21-09-2020, 11:28 | Çap et
Bayden: “Nitqimi bitirənə qədər 200 milyon insan koronavirusdan vəfat edəcək”

Demokratların prezidentliyə namizədi Co Bayden nitqini bitirənə qədər 200 milyon insanın koronavirusun qurbanı olacağını bəyan edib.

“RİA Novosti” agentliyi xəbər verir ki, C.Bayden bu barədə seçiciləri qarşında çıxış edərkən söyləyib.

“Hesablamalara görə, mən bu söhbətimi yekunlaşdırana qədər 200 milyon insanın koronavirusdan öləcəyi təxmin edilir”, - deyə C.Bayden qeyd edib.

Ehtimal olunur ki, C.Bayden bu günə qədər ABŞ-da COVID-19-dan ölən təxminən 200 min koronavirus xəstəsini nəzərdə tutub.

Qeyd edək ki, son rəqəmlərə əsasən, Birləşmiş Ştatlarda 204 118 xəstə pandemiyanın qurbanı olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net