İtaliyadan Azərbaycana yaşıl işıq: Dünya çempionatında iştirak edə bilərik
Tarix: 11-09-2020, 18:50 | Çap et
İtaliyadan Azərbaycana yaşıl işıq: Dünya çempionatında iştirak edə bilərik

Bu ay İtaliyanın Emilya-Romanya regionunda yerləşən İmola şəhərində keçiriləcək şose velosipedi üzrə dünya çempionatında Azərbaycanın iştirakı dəqiqləşib.

Bu barədə Oxu.Az-a Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev xəbər verib.

Onun sözlərinə görə, İtaliya hökuməti Azərbaycan nümayəndə heyətinə 10 günlük karantin rejimi tətbiq etməyəcək. Bu üzdən Azərbaycanı Elçin Əsədovla təmsil olunacaq.

Bundan başqa, Azərbaycanı həm də Musa Mikayılzadə təmsil edə bilər:

“Biz Beynəlxalq Velosiped İttifaqına bu barədə məktub yazmışıq. Fransada keçirilmiş Avropa çempionatında karantinlə əlaqədar iştirak edə bilmədiyimizdən, iki idmançı ilə təmsil olunmağımıza dair müraciət etmişik. Əgər müraciətimizə müsbət cavab gəlsə, o zaman Elçin Əsədovdan başqa, gənc Musa Mikayılzadə də millimizin heyətində yer alacaq”.

Xatırladaq ki, dünya çempionatı 24-27 sentyabr tarixlərində keçiriləcək. Bu gün yarışın marşrut xətti açıqlanıb. İştirakçılar 2,8 km məsafə qət etməli olacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net