Gürcüstanda fevraldan bəri koronavirusa ən çox yoluxma qeydə alınıb
Tarix: 10-09-2020, 10:03 | Çap et
Gürcüstanda fevraldan bəri koronavirusa ən çox yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 57 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1830 nəfərə çatıb. Bu, Gürcüstanda virusa yoluxmanın qeydə alındığı 26 fevral tarixindən etibarən ən yüksək sutkalıq yoluxma göstəricisidir.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1334 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net