Moskva sakinlərinin koronavirus əleyhinə peyvənd edilməsinə başlanılıb
Tarix: 9-09-2020, 14:29 | Çap et
Moskva sakinlərinin koronavirus əleyhinə peyvənd edilməsinə başlanılıb

Bu gündən Moskva sakinlərinin koronavirus əleyhinə peyvəndləşməsinə başlanılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə paytaxt merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova bildirib.

"Bu gün təkcə paytaxt Moskva üçün deyil, bütün ölkə üçün önəmli gündür. Moskvanın birinci sakinlərinin COVID-19 əleyhinə peyvəndləşməsinə start verilib. Bu, bizə peyvəndin hər kəs üçün əlçaatan olacağı anı yaxınlaşdırmağa imkan verir", - deyə Rakova vurğulayıb.

Onun sözlərinə görə, ilkin olaraq peyvənd olunmaq üçün 40 min paytaxt sakini dəvət olunub. Onlara əvvəl peyvəndin birinci komponenti, 21 gün sonra isə ikinci komponenti vurulacaq.

Qeyd edək ki, Rusiyada koronavirus əleyhinə peyvənd pulsuzdur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net