Baş nazir: “Gürcüstanda yeni dərs ili təxirə salınmayacaq”
Tarix: 2-09-2020, 10:58 | Çap et
Baş nazir: “Gürcüstanda yeni dərs ili təxirə salınmayacaq”

Gürcüstanda yeni dərs ili təxirə salınmayacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Şurasının iclasında məlumat verib.

Baş nazir bildirib ki, ölkə ərazisində yeni növ koronavirusa yoluxmanın artmasına baxmayaraq, məktəblər sentyabrın 15-də açılacaq: “Bu gün 38 yoluxma olsa da, məktəblərin açılmasının təxirə salınması barədə heç bir söz getmir. Məktəblərdə tədris prosesi sentyabrın 15-də başlamalı, bunun üçün Təhsil və Səhiyyə nazirlikləri tam səfərbər edilməlidir”.

Baş nazir bütün aidiyyəti qurumları virusa yoluxma riskinin azaldılması üçün təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

Qeyd edək ki, bu gün Gürcüstanda COVİD-19 virusuna yoluxanların sayı 38 nəfər artaraq 1548 nəfərə çatıb. Bu, aprel ayından etibarən ən yüksək sutkalıq yoluxma göstəricisidir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net