KİV: Maqnat Cimmi Laya milli təhlükəsizlik qanununu pozduğuna görə həbs edilib
Tarix: 10-08-2020, 07:54 | Çap et
KİV: Maqnat Cimmi Laya milli təhlükəsizlik qanununu pozduğuna görə həbs edilib

Bu gün Honqkonq polisi müxalif media mənsubu – maqnat Cimmi Layanı həbs edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat dərc edib.

Bildirilib ki, o, yeni milli təhlükəsizlik qanununu pozmaqda və xarici qüvvələrlə sıx əlaqə saxlamaqda şübhəli bilinir.
İlkin məlumata görə, maqnat səhər saatlarında Koulun yarımadasındakı malikanəsində təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Cimmi Laya (Li Jiying) "Pingo Ribao" qəzetinin sahibidir. O, Honqkonqda keçən il hökumət əleyhinə nümayişlərin əsas təşkilatçılarından biri hesab olunur. Maqnatın ABŞ siyasi elitası ilə sıx əlaqə saxladığı vurğulanır.

Onunla bərabər şübhə şəxs qismində daha 7 nəfər həbs edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net