Bu ölkə toy məclislərinin keçirilməsinə icazə verdi
Tarix: 8-07-2020, 20:26 | Çap et
Bu ölkə toy məclislərinin keçirilməsinə icazə verdi

Çeçenistanda koronavirus pandemiyası ilə əlaqədar toy ziyafətlərinin keçirilməsinə qoyulan qadağa aradan qaldırılır.

Modern.az xəbər verir ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bu barədə özünün “VKontakte” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Müsbət dinamikanı nəzərə alaraq, sosial məsafə tədbirlərinə riayət etməklə, toy mərasimlərinin keçirilməsinə və mərasim zallarının açılması barədə qərar qəbul etdim. Bu cür məkanlarda oturacaqların və masaların sayı iki dəfə azaldılmalıdır”, - R.Kadırov “VKontakte” hesabında yazıb.

Qeyd edək ki, Çeçenistanda 1 795 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net