Belqradda etirazlar zamanı 43 polis və 17 nümayişçi yaralanıb
Tarix: 8-07-2020, 11:20 | Çap et
Belqradda etirazlar zamanı 43 polis və 17 nümayişçi yaralanıb

Belqradda koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar komendant saatı tətbiq edilməsinə qarşı dünən gecə keçirilən etiraz aksiyasında polislə nümayişçilər arasında toqquşma olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin rəisi Vladimir Rebiç Serbiya Milli Televiziyasının (RTS) efirində bildirib.

Onun sözlərinə görə, polis vəziyyəti nəzarət altına alıb.

“Bir neçə saat davam edən iğtişaşları nəzarət altına ala bildik. Toqquşmalarda 43 polis əməkdaşı ağır yaralanıb. Etirazçılar arasında da xəsarət alanlarlar var. Bizdə olan məlumata görə, 17 nümayişçi yaralanıb”, - V.Rebiç söyləyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net