“Reanimasiya şöbələrində boş yer yoxdur” - Erməni nazir
Tarix: 2-07-2020, 12:23 | Çap et
“Reanimasiya şöbələrində boş yer yoxdur” - Erməni nazir

Ermənistanda reanimasiya şöbələrində boş yer yoxdur, xəstəxana fondu regional tibb mərkəzləri hesabına genişlənir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, hazırda 650 nəfərin vəziyyəti son dərəcə ağırdır, 44 xəstə ventelyasiya aparatına qoşulub. Bundan əlavə, 11 nəfər öz evində xəstəxanaya yerləşdirilməsini gözləyir, onlardan dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir. Digər 80 nəfər isə koronavirusun müalicəsi üçün qurulmuş mərkəzlərə daşınmasını gözləyir.

Xatırladaq ki, Ermənistanda son sutka ərzində 593 nəfər koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma hallarının sayı 26 658-ə çatıb. 459 xəstə virusdan ölüb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net