Rusiyanın ABŞ əsgərlərini taliblərə öldürtməsi işi böyüyür – NYT-nin sensasion açıqlaması
Tarix: 1-07-2020, 13:51 | Çap et
Rusiyanın ABŞ əsgərlərini taliblərə öldürtməsi işi böyüyür – NYT-nin sensasion açıqlaması
Pentaqon Rusiyanın hərbi kəşfiyyatı tərəfindən Əfqanıstanda ABŞ əsgərlərini öldürmələri üçün “Taliban” terror təşkilatına ödədiyi bank hesablarını ələ keçirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, bununla bağlı həbs olunan terrorçuların dindirilmələri zamanı mühüm məlumatlar öyrənilib. Terror mənsublarının sözlərinə görə, ödəmələr qeyri-rəsmi şəkildə, müxtəlif şəxslərin vasitəçiliyi ilə həyata keçirilib. Əfqanıstan rəsmiləri isə son bir neçə ayda həmin sxemdə iştirak edən bir neçə yerli biznesmenin tutulduğunu açıqlayıb. Onlardan birinin evində yarım milyon dollar məbləğində pul aşkarlanıb.

Xüsusi xidmət orqanları Rusiyadan bank köçürmələri ilə bağlantıda hərəkət edən həmin qrupa daxil olan digər şəxslərin də kimliklərini müəyyən ediblər. Pul vəsaitlərinin paylanmasında əsas rol oynayan şəxsin hazırda Rusiyada olduğu deyilir.

Nur-az.com - Amerika Əfqanıstanda 16 əsgərini itirdi

“NYT” tərəfindən açıqlanan son məlumat Ağ Evin məsələ ilə bağlı mövqeyinə ağır zərbə endirə bilər. Belə ki, ABŞ prezidentinin administrasiyası məsələnin dövlət başçısı Donald Trampa məruzə olunduğu, sonuncunun isə buna məhəl qoymadığı barədə gedən ilk informasiyanı qəti surətdə təkzib etmişdi.

“The Wall Street Journal” pul köçürmələri haqqında informasiyanın ifşa olunmasının ABŞ-ın kəşfiyyat strukturları arasındakı ziddiyyəti ortaya çıxardığını yazıb. Belə ki, ölkədə elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agenltiyi bu məsələdə Mərkəzi Kəşfiyat İdarəsinin gəldiyi nəticə ilə qəti şəkildə razı deyil.

Ağ Evin mətbuat katibi Keyli Makinani isə mətbuata sızdırılmaların arxasında “kəşfiyyat strukturlarındakı bəzi bədnam” adamların durduğunu söyləyib. Ağ Evin nümayəndəsinin fikrincə, bu cür məlumatlar orada xidmət göstərən hərbçilərin həyatını təhlükə altına qoyur və əslində Rusiyanın özünə sərf edir.

Musavat.com




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net