Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü
Tarix: 29-06-2020, 08:16 | Çap et
Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü
Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı yarım milyonu keçib.

Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.

Koronavirusun aşkarlandığı 213 ölkə və bölgənin ümumi məlumatlarına əsasən pandemiya ərzində dünyada koronavirusdan ölüm hallarının sayı 503 597 nəfərə çatıb.

Bundan başqa, 10 218 562 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Bu halda COVID-19-dan 5 521 578 insan sağalıb.

Dünyada virusa aktiv yoluxma hallarının sayı 4 193 387-dir. Koronavirus xəstələrindən 57 943-ü ağır vəziyyətdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net