Corc Floydun dəfn xərclərini boks üzrə keçmiş dünya çempionu ödəyəcək
Tarix: 2-06-2020, 06:56 | Çap et
Corc Floydun dəfn xərclərini boks üzrə keçmiş dünya çempionu ödəyəcək

Boks üzrə keçmiş dünya çempionu, amerikalı Floyd Meyuezer Minneapolis (Minnesota ştatı) şəhərində polis tərəfindən tutulmadan sonra ölən Corc Floydun dəfn xərcləri ödəyəcək.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi ESPN telekanalına Meyuezerin nümayəndəsi Leonard Ellerbi bildirib.

"O (Meyuezer - red), yəqin ki, bunu dediyimə görə qəzəblənəcək, amma o şübhəsiz ki, dəfn xərclərini ödəyəcək", - nümayəndə bildirib.

Onun sözlərinə görə, sabiq boksçu ölümü ABŞ-da kütləvi etiraz aksiyalara səbəb olmuş afroamerikalının ailəsi ilə əlaqə saxlayıb və boksçu öz təklifinə müsbət cavab alıb.

"Floyd (Meyuezer - red) 20 ildən çoxdur belə işlərlə məşğul olur", - Ellerbi deyib.

O, qeyd edib ki, boksçu bu hadisədə özünü tərifləməyə cəhd etmir və öz hərəkətini gizlətməyi üstün tutardı.

Meyuezerin 43 yaşı var. Onun peşəkar boks karyerasında 50 döyüş və 50 qələbəsi var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net