“Renault”a etiraz: 8 min nəfər aksiyaya çıxdı
Tarix: 31-05-2020, 23:08 | Çap et
“Renault”a etiraz: 8 min nəfər aksiyaya çıxdı

İşçilər avtomobil nəhənginin ixtisarına etiraz edirlər



Fransada “Renault” avtomobil zavodunun 8 minədək işçisi aksiya keçirib. AYNA xarici mediaya istinadən xəbər verir ki, buna səbəb avtomobil nəhənginin 15 min işçisini ixtisar etməsi olub.



Xatırladaq ki, “Renault” 3 il ərzində 2 milyard avro qənaət planı çərçivəsində dünyada 15 min, Fransada isə 4600 işçisinin ixtisar edildiyini açıqlayıb. “Renault”un ən böyük səhmdarı olan Fransa dövlətinin zavodu xilas etmək cəhdləri müsbət nəticə verməyib.



Qeyd edək ki, “Renault-Nissan-Mitsubishi” alyansı 2017-ci ildə dünyanın aparıcı yüngül avtomobil istehsalçısı olub. Ancaq alyansın sabiq rəhbəri Karlos Qonun həcm və nəhənglik uğrunda yarışı gözlənilməz 2018-ci il sərt dönüşü ilə üzləşir və qrup iflasa uğrayır




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net