Rusiyada psixoloqlara tələbat 69% artıb
Tarix: 20-05-2020, 12:38 | Çap et
Rusiyada psixoloqlara tələbat 69% artıb

Martın sonu, mayın ortasınadək psixoloq və psixoterapevtlərə tələbat eyni dövrün 2019-cu ili ilə müqayisədə 69% artıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “İzvestiya” yayıb.

Mütəxəssislərin fikrincə, əhalidəki sıxıntı hələ uzun müddət davam edəcək.

Məlumata görə, ötən il may bayramlarında eyni ilin aprel ayı ilə müqayisədə psixoloqlara tələbat 37% azalsa da, bu il belə bir tendensiya müşahidə edilməyib.

“Pandemiya, iqtisadi böhran və gizlin tənhalıq özünü göstərir”, - psixoterapiya və psixoloji konsultasiya üzrə Ümum-Rusiya Şurasının sədri Mark Sandomirski açıqlayıb.

Maraqlıdır ki, qadınlar psixoloqlara az qala 4 dəfə daha çox üz tutur: 79%.

Bundan başqa, rusiyalılar sakitləşdirici vasitələri daha sıx-sıx almağa başlayıblar. Belə ki, satış artımı cari ilin başlanğıcından davam edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net