Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 54 nəfər koronavirusa yoluxub
Tarix: 20-05-2020, 10:07 | Çap et
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 54 nəfər koronavirusa yoluxub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Muşevani (Dəllər) kəndində 54 nəfər koronavirusa yoluxub.

APA-nın yerli bürosu Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, son sutka ərzində kənd sakinlərindən daha dördündə virusa yoluxma təsdiqlənib.

Qeyd edək ki, aprelin 25-dən etibarən kənddə sərt karantin rejimi qüvvədədir. Bolnisi rayonunda virusa yoluxma hallarının sayının 160-a çatdığı bildirilib. Qeyd olunub ki, yoluxanlardan 66 nəfər sağalıb, üç nəfər isə vəfat edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net