Rusiyada hərbi helikopter sərt eniş edib, ekipaj həlak olub
Tarix: 19-05-2020, 23:14 | Çap et
Rusiyada hərbi helikopter sərt eniş edib, ekipaj həlak olub

Rusiyanın paytaxtı Moskva ətrafında Mi-8 hərbi helikopteri sərt eniş edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

İlkin məlumata görə, hadisə Klinsk rayonunda qeydə alınıb. Rusiya Kosmik Hava Qüvvələrinin hərbi Mi-8 helikopteri "Zaxarovo" kəndində sərt eniş edib. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, helikopterin ekipajı aldığı xəsarətlərdən həlak olub.

Qeyd edilir ki, qəzaya texniki nasazlıq səbəb ola bilər. Hadisə yerinə Rusiya Kosmik Hava Qüvvələrinin komandanlığı cəlb edilib.

RİA "Novosti"nin məlumatına görə, nazirlik hadisə zamanı helikopterdə neçə nəfərin olduğunu açıqlamayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net