Koronavirus Moskva şəhərinə 8,2 milyard dollar zərər vuracaq
Tarix: 18-05-2020, 12:49 | Çap et
Koronavirus Moskva şəhərinə 8,2 milyard dollar zərər vuracaq

Koronavirus pandemiyasına qarşı tətbiq olunan məhdudiyyətlər səbəbindən, bu il Moskva şəhər büdcəsinin gəlirləri 15-20% və ya təxminən 600 milyard rubl (8,2 milyard ABŞ dolları) azalacaq.

“Report” xəbər verir ki, bunu "Vedomosti"yə müsahibəsində Moskva merinin müavini Vladimir Efimov açıqlayıb.

“Bu məbləğin üçdə ikisi itirilmiş mənfəət vergisinin, beşdə biri fiziki şəxslərdən gəlir vergisinin üzərinə düşür. Təkcə, bu ilin yanvar-aprel aylarında iqtisadi məhdudiyyətlər şəhərin gəlirlərini 16% və ya 140 milyard rubl (1,9 milyard ABŞ dolları) azaldıb. Hazırda biznesi dəstəkləmək üçün açıqlanan vergi güzəştləri səbəbiylə büdcədə çatışmazlıq yaranıb”, - V.Efimov bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında təsdiqlənən Moskva şəhərinin 2020-ci il büdcəsinin gəlirləri 2,79 trilyon rubl (38,2 milyard ABŞ dolları), xərcləri isə 3,15 trilyon rubl (43,2 milyard ABŞ dolları) səviyyəsində planlaşdırılıb.

Rusiyada koronavirusa qarşı mart ayında tətbiq olunan məhdudiyyətlər bəzi bölgələrdə yumşaldılsa da, hazırda Moskvada yalnız tikinti sahələrinin və sənaye müəssisələrinin fəaliyyətinə icazə verilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net