Paşinyanın müharibə çıxışı: Saakyan dərhal İrəvana getdi
Tarix: 21-05-2019, 06:22 | Çap et
Paşinyanın müharibə çıxışı: Saakyan dərhal İrəvana getdi
Ermənistan Baş naziri Nikol Paşinyanın dünənki çıxışından sonra Qarabağ separatçılarının rəhbəri Bako Saakyan İrəvana yollanıb.

Axar.az xəbər verir ki, o, İrəvanda Ermənistan parlamenti qarşısında çıxış edib. Parlamentdəki görüşlərindən sonra jurnalistlər qarşısına çıxan Saakyan Köçəryana zamin durmaqla əlavə gərginlik yaratmaq istəmədiyini deyib. O, bu addımla gərginliyi azaltmağı hədəflədiyini bildirib.

Paşinyanın “Qarabağda bəzi qüvvələr torpaqları Azərbaycana vermək istəyir” bəyanatına münasibət bildirən Saakyan İrəvanın bu tip qüvvələri ortaya çıxarmaq məcburiyyətində olduğunu deyib. Saakyan belə qüvvələrin olmasıyla bağlı heç bir məlumata malik olmadığını bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net