Yenə "yoxa çıxdı" və...
Tarix: 16-08-2017, 10:26 | Çap et
Yenə "yoxa çıxdı" və...
Rusiya prezidenti Vladimir Putin növbəti dəfə “yoxa çıxıb”. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, az qala bir həftədir-avqustun 9-dan bəri ictimai tədbirlərdə görünməyib. Sonuncu dəfə Rusiya dövlət başçısını avqustun 8-də, separatçı Abxaziya bölgəsinə səfər zamanı görüblər. Prezidenti müşaiyət edən jurnalistlər bu səfərdən sonra Moskvaya qayıdıblar, Putin isə Krasnodarsk vilayətində qalıb.

Son 6 gün ərzində Kremlin rəsmi saytında Putinin görüşləri haqda xəbərlər yer alıb. Lakin jurnalistlər araşdırıblar ki, bu görüşlər daha əvvəl baş tutub. Jurnalistlərin dəvət edilmədiyi həmin görüşlər barədə məlumatlar Kremlin saytında son günlər yerləşdirilsə də onların dəqiq vaxtını təyin etmək mümkün deyil.

“Dojd” telekanalı məlumatlı mənbələrə istinadən bildirir ki, Pskov qubernatoru Andrey Turçakla görüş Kremlin saytında göstərildiyi kimi iki gün əvvəl baş verə bilməzdi. Çünki həmin gün qubernator Pskovda olub, Moskvaya getməyib.

Hakim “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyevlə görüş də Kremlin saytında göstərildiyi kimi avqustun 15-də deyil, xeyli əvvəl olub. Bu haqda partiya rəhbərliyinə yaxın mənbə bildirib.

Lakin Putinin qrafikinə bələd olan iki ayrı mənbə deyib ki, dövlət başçısının növbəti dəfə “itməsi” əvvəlcədən planlaşdırılmışdı. Gözlənilir ki, Putin bu gün üzə çıxacaq və Kalininqrad vilayətində səfərdə olacaq.

Rusiya prezidenti əvvəllər də gözlənilmədən nəzərlərdən itib və bir neçə gün, hətta iki həftəyə yaxın görünməyib.

***

TASS xəbər verir ki, prezident Vladimir Putin artıq Kalininqrad vilayətinə səfərə gedib. Rusiya dövlət başçısı orada nəqliyyat infrastrukturunun inkişafına dair müşavirə keçirəcək. Müşavirədə profil nazirliklərin və strukturların rəhbərləri, Şimal-Qərb federal dairəsinin qubernatorları iştirak edəcək. Putinin Kalininqradda Xrabrovo aeroportunun yeni terminalına da baxış keçirəcəyi bildirilir.

Yenə "yoxa çıxdı" və...




Önceki Sonraki
Yukarı


Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net