Donald Trampın qızı istefa verdi – Vitse-prezidentlikdən
Tarix: 10-01-2017, 08:25 | Çap et
Donald Trampın qızı istefa verdi – Vitse-prezidentlikdən
ABŞ prezidenti seçilən Donald Trampın qızı İvanka Tramp ailəvi “Trump Organization” şirkətinin vitse-prezidentlik postundan istefa vermək qərarına gəlib.

AzNews.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti məlumat verib. İvankanın istefa məqsədi ailəsinin Vaşinqtonda məskunlaşmasına fikrini cəmləməkdir.

Nəşrin məlumatına görə, İvanka “ən azı hələ ki” atasının gələcək adminstrasiyasında vəzifə və ya Ağ Evin çox saylı məsləhətçilik yerlərindən birini tutmayacaq.

İvankanın həyat yoldaşı Cared Kuşner prezidentin baş müşaviri vəzifəsinə təyin olunub.

Bundan əvvəl "Washingtonian" jurnalı İvanka Tramp və Cared Kuşner mərkəzi Kalorama ərazisində yaşayacağını yazmışdı. Yanvarın 20-də vəzifəsi başa çatacaq hazırki prezident Barak Obama da bu ərazidə məskunlaşacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net