Ukraynadan SSRİ haqqında tarixi qərar
Tarix: 21-10-2016, 08:19 | Çap et
Ukraynadan SSRİ haqqında tarixi qərar
Ukrayna Radası Ukrayna, Polşa və Litva parlamentlərinin İkinci Dünya Müharibəsi ilə bağlı həmrəylik deklarasiyasını qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

Deklarasiyada məhz SSRİ İkinci Dünya Müharibəsinin başlanmasının əsas günahkarlarından biri kimi qələmə verilib:

“Biz diqqətə o faktı çatdırırıq ki, kommunist Sovet İttifaqı və nasist Almaniyası arasında 23 avqust 1939-cu ildə bağlanmış Ribbentrop-Molotov paktı sentyabrın 1-də İkinci Dünya Müharibəsinin başlanmasına səbəb oldu. Sentyabrın 17-də buna Sovet İttifaqı da qoşuldu. Bu hadisələrin nəticəsində Polşa Almaniya və Sovet İttifaqı tərəfindən işğal edildi və bizim xalqlara qarşı kütləvi repressiyalar başladı. Bu hadisələr 1945-ci il Yaltada Şərqi və Mərkəzi Avropanın yarım əsr davam edəcək kölələşdirilməsinin yeni mərhələsinin başlanması haqqında qərarların qəbul olunmasına gətirib çıxardı”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net