Bahalı çantaya görə 5 nəfər güllələndi
Tarix: 14-06-2016, 09:38 | Çap et
Bahalı çantaya görə 5 nəfər güllələndi
Ötən gün Nyu-York şəhərinin Bruklin rayonu ərazisində yerləşən parklardan birində naməlum şəxslər atəş açıb. Nəticədə 5 yeniyetmə yaralanıb.

ANS PRESS-in ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yeniyetmələr meydançada basketbol oynarkən baş verib. Park ərazisində bahalı çantanın itdiyini deyən naməlum şəxslər onlara yaxınlaşıb. İtkidən xəbərsiz olduqlarını deyən gənclərə odlu silahdan atəş açıblar. Bundan sonra silahlı şəxslər hadisə yerindən qaçıblar. Baş verənləri kənardan izləyən bir nəfər cəld yaralılara yaxınlaşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı hələlik heç kim həbs olunmayıb. Fakt ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Yaralı yeniyetməYaralı yeniyetməni aparan polislər

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı hələlik heç kim həbs olunmayıb. Fakt ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net