Tramp və Sanders daha bir ştatda qalib oldular
Tarix: 11-05-2016, 10:02 | Çap et
Tramp və Sanders daha bir ştatda qalib oldular
Respublikaçı Donald Tramp və demokrat Berni Sanders ABŞ-ın Qərbi Virciniya ştatında keçirilən ilkin prezident seçkilərində qalib gəliblər.

Modern.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Virciniyada qələbə çalan demokrat Sanders çıxışında prezident seçiləcəyi halda təhsil xərclərini artıracağı və vergi islahatı aparacağı vədlərini verib.

Gələn həftə Oreqon ştatında mübarizənin davam edəcəyini bildirən Sanders seçkilərə yalnız qalib olmaq üçün qatıldıqlarını bildirib:

"19 ştatda ilkin seçkilərdə qələbə qazandıq və sizə açıq deyirəm ki, biz demokratlar yarışı qazanmaq üçün bu kampaniyaya girdik.

Əgər prezident seçilərəmsə, Donal Trampa qalib gələn ən yaxşı demokrat kimi yadda qalacam”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabr ayında keçiriləcək.

Hələ ki, ştatlarda baş tutan ilkin seçkilərdə prezidentlik post uğrunda demokratlardan Berni Sanders və Hillari Klinton, respublikaçılardan isə Ted Kruz və Donald Tramp mübarizə aparırlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net