Əfqanıstanda daha az dinc sakin ölür
Tarix: 18-04-2016, 09:13 | Çap et
Əfqanıstanda daha az dinc sakin ölür
BMT bu ilin birinci rübündə Əfqanıstandakı müharibədə 600 mülki şəxsin həlak olduğunu bildirir. Bu, ötən ilin eyni dövründə olduğundan 13 faiz azdır.

BMT-nin Əfqanıstandakı Yardım Missiyası bu rəqəmləri aprelin 17-də açıqlayıb. Bildirilir ki, eyni dövrlə müqayisədə yaralıların sayı 11 faiz artıb, 1343-ə çatıb.

Əhalinin sıx yaşadığı yerlərdə döyüşlərin güclənməsi nəticəsində uşaq ölümləri 29, qadın itkisi 5 faiz yüksəlib.

BMT bildirir ki, antihökumət qüvvələrinin hücumlarında ölənlər 60 faizdir, ancaq təhlükəsizlik qüvvələrinin partlayıcı və digər silahlardan istifadəsi nəticəsində ölənlər də kəskin artıb.

Bir neçə gün öncə Taliban bahar hücumuna başladığını elan edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net