Senatorlar İran layihəsi hazırladı
Tarix: 7-04-2016, 09:41 | Çap et
Senatorlar İran layihəsi hazırladı
İranla nüvə sazişinə qarşı çıxan iki respublikaçı senator bir qanun layihəsi hazırlayıb. Onlar Ağ Evin İranın sanksiyaların ləğvindən faydalanmasını çətinləşdirən ABŞ qaydalarının yüngülləşdirilməsini istəmirlər.

Marco Rubio və Mark Kirk layihəni aprelin 6-da təqdim ediblər. Layihə prezidentin bankların İranla əməliyyatlarda ABŞ dollarından istifadəsinə icazə verməsini qadağan edir. Eləcə də ABŞ Xəzinədarlığının bu cür əməliyyatlara ABŞ dolları ayırması qadağan olunur. Həmçinin İranla belə əməliyyatlarda iştirak edən maliyyə institutlarına sanksiyaların qoyulması nəzərdə tutulur.

Administrasiya rəsmiləri İrana dollara, yaxud ABŞ maliyyə sisteminə birbaşa çıxış verilməyəcəyini bildirir. Ancaq İranla sövdələşmələrdə dollardan dolayısı ilə istifadə də istisna olunmur.

Respublikaçı liderlər də layihəyə dəstək verdiklərini bildiriblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net