Çin ixracatı geriləmə dövrünü yaşayır
Tarix: 9-03-2016, 10:45 | Çap et
Çin ixracatı geriləmə dövrünü yaşayır
Çin ixracatı ötən ilin eyni dövrünə nisbətən 25 faiz geriləyib
Fevral ayında Çin ixracatı ötən ilin eyni dövrünə nisbətən 25 faizdən də çox geriləyib – bu, son altı il ərzində ixracatın ən aşağı səviyyəsidir.

Lakin, ekspertlərin fikrincə, indiki geriləməni qismən ölkədə istehsalatın ləngimə dövrü ilə səciyyələnən Çin yeni ilinin bayram edilməsi ilə izah etmək olar.

İqtisadi problemlər Çində hakim Kommunist Partiyası üçün istənilməz hala – istehsalatda iş yerlərinin bağlanmasına gətirə bilər.

Daha əvvəl Çin hakimiyyəti bəyan etmişdi ki, iqtisadi artımın məqsədli göstəricisi 2016-cı ildə 6,5-7 faiz təşkil edəcək.

Çində ÜDM-in artım templəri 2015-ci ildə 6,9 faiz təşkil edib. Bu, 1990-cı ildən bəri ən aşağı göstəricidir.

Bundan bir il öncə isə, böyüklüyünə görə dünyanın ikinci iqtisadiyyatın artımı 7,3 faiz olub.
Hazırda Çin Xalq Respublikasının hakimiyyəti ixracat və investisiya deyil, xidmət və daxili istehlak sahəsi hesabına artan iqtisadiyyat yaratmağa çalışır (BBC).





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net