“Zaman” Ərdoğanın fotosu ilə dərc edildi
Tarix: 7-03-2016, 09:16 | Çap et
“Zaman” Ərdoğanın fotosu ilə dərc edildi
Bazar günü, martın 6-da Türkiyənin “Zaman” qəzeti hökumətyönlü məqalələrlə çapdan çıxıb. Bu, qəzetin hökumət qüvvələri tərəfindən tutulmasından sonra ilk buraxılışı idi.

Vertikal.az azadliq.org-a istinadən xəbər verir ki, qəzetin ilk səhifəsində prezident Rəcəb Tayyib Ərdoğanın şəkli və onun barəsində iki məqalə yer alıb.

Martın 4-də polis qəzetin ofisini zəbt edib. Belə ki, məhkəmə qəzetin inzibatçılar tərəfindən idarə olunması barədə qərar çıxarıb.

“Zaman” Ərdoğanın düşməni sayılan, ABŞ-da yaşayan ilahiyyatçı Fəthullah Gulənlə əlaqələndirilir. Polis Gulən hərəkatına qarşı terrorçuluq ittihamlarını araşdırır, qəzetlə bağlı məhkəmə qərarı da prokurorun xahişilə çıxarılıb.

Martın 5-də İstanbulda 500-də nümayişçi qəzetin zəbtinə etiraz aksiyası keçirib, polis onları gözyaşardıcı qaz, su şırnağıyla dağıdıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net