Suriyada "B" planı işə düşə bilər
Tarix: 29-02-2016, 09:34 | Çap et
Suriyada "B" planı işə düşə bilər
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr Rusiyanı və rəsmi Dəməşqi Suriyada qüvvəyə minən atəşkəsə riayət etməməkdə ittiham edib. ANS PRESS-in məlumatına görə, Cübeyr bu açıqlamanı paytaxt Riyadda danimarkalı həmkarı Kristian Jensenlə keçirdiyi mətbuat konfransında deyib.

“Həm Rusiya, həm də rejim qırıcıları atəşkəsi pozur. Bu məsələdə Suriya Dəstək Qrupu ölkələri ilə daim məsləhətləşirik. Atəşkəsə riayət edilməsi rejimin, böhranın siyasi yollarla həlli mövzusunda nə qədər ciddi olduğunu göstərməsi baxımından əhəmiyyətlidir. Rejim və onu dəstəkləyənlər atəşkəsə riayət etməsə ABŞ dövlət katibi Con Kerrinin dediyi kimi bir “B” planımız var, bu barədə fikirləşəcəyik.

Səudiyyə Ərəbistanının Suriyaya qurudan birtərəfli müdaxilə etmək niyyəti olmadığını deyən Cübeyr ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya İŞİD terror təşkilatına qarşı mübarizə üçün quru qoşynları göndərilməsinə qərar verəcəyi təqdirdə buna hazır olduqlarını deyib.

S.Ərəbistanı XİN rəhbəri Rusiyanın Suriyada əməliyyatlarının hədəfinin İŞİD və “Nusra” cəbhəsi yoxsa mötədil müxalifət olduğunun bilinmədiyini deyib.

“Bu məsələdə bir anlaşmazlıq var. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Rusiya və Əsəd rejiminə ölkədəki mötədil müxaliflərə qarşı hərbi əməliyyatların dayandırılmnası və İŞİD ilə “Nusra” cəbhəsi mövzusunda razılaşmağa dəvət edir.

Beynəlxalq Suriyaya dəstək qrupunun həmsədrləri ABŞ və Rusiyanın təşəbbüsü ilə əldə olunan atəşkəs fevralın 27-dən qüvvəyə minib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net